Sofiyada "Arşın mal alan" operettasının premyerası keçirilib - FOTO

Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası

© APA | Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası

# 24 mart 2022 11:52 (UTC +04:00)

Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşkilatçılığı və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə 23 mart 2022-ci il tarixində Bolqarıstanın paytaxtı Sofiya şəhərində yerləşən Dövlət Musiqi və Balet Mərkəzində Bolqarıstanın Kırcalı şəhəri Teatr-Musiqi Mərkəzinin səhnələşdirdiyi dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının bolqar dilində premyerası baş tutub.

Azərbaycanın Bolqarıstandakı səfirliyindən APA-ya verilən xəbərə görə, təqdimatında Bolqarıstan Respublikasının hökumət nümayəndələri, parlament üzvləri, tanınmış ictimai-siyasi nümayəndələr, diplomatik nümayəndəliklərin rəhbərləri, elm və mədəniyyət xadimləri, mətbuat nümayəndələri və Bolqarıstanda yaşayan Azərbaycan diasporu üzvləri iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR