Türk Şurasına üzv dövlətlərin ortaq media platforması yaradılır

Türk Şurasına üzv dövlətlərin ortaq media platforması yaradılır
  • Clock-gray 14:38
  • calendar-gray 05 Aprel 2021

Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Fəxrəddin Altun Azərbaycana səfər edəcək.

Bu barədə APA-nın Türkiyə bürosuna Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) mətbuat katibi Kahraman Halisçelik məlumat verib.

Azərbaycanla Türkiyə arasında ortaq media platformasının yaradıldığını xatırladan K. Halisçelik vurğulayıb ki, Türk Şurasına üzv digər dövlətlərin də iştirakı ilə belə bir ortaq qurumun yaradılması nəzərdə tutulub.

“Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Macarıstandan media sahələrinə məsul şəxslərin iştirakı ilə 9-10 aprel tarixlərində Bakıda toplantı keçiriləcək. 11 apreldə isə adları çəkilən ölkələrdən olan nümayəndə heyətləri Qarabağa səfər edəcəklər”, - deyə o qeyd edib.

Sevil Ünal Hilalqızı

Digər xəbərlər