Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası daxil olmuş şikayətləri araşdırıb

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası daxil olmuş şikayətləri araşdırıb
# 15 mart 2007 16:52 (UTC +04:00)
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası daxil olmuş şikayətləri araşdırmaq üçün toplantı keçirib. Mətbuat Şurasından APA-ya verilən məlumata görə, əvvəlcə Azərbaycan Texniki Universitetinin radiotexnika və rabitə fakültəsinin dekanı Alışan Həsənovun “Elçi” qəzetində dərc olunan “Texniki Universitet bazarı” sərlövhəli yazı ilə bağlı müraciəti araşdırılıb. Komissiya üzvləri konkret faktlara əsaslanmayan materialın həmin nəşrin praktikasına xas nümunələrdən biri olduğunu qeyd ediblər. Qəzetə təkzib, yaxud qarşı tərəfin mövqeyini dərc etmək tövsiyə olunub. Komissiya “Fakt” qəzetində dərc olunan “Oruc Məmmədov “Sabunçu” Elm-İstehsalat Birliyini çökdürür” başlıqlı yazını da müzakirə edib. Qeyd olunub ki, bu materialda da etika və jurnalistikanın müvafiq prinsiplərinə sayğısızlıq göstərilib. Azərbaycan Dağ Yəhudiləri İcmasının müraciətinin müzakirəsi zamanı isə bu qurumla bağlı “Xəzri” qəzetində gedən “Zakir Hüseynov “Xesed Qerşon”a qarşı” başlıqlı yazıda balans prinsipinin gözlənilmədiyi nəşr rəhbərliyinin nəzərinə çatdırılıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR