Nuşirəvan Məhərrəmli: “İnsanlar 1-2 yox, 10-a yaxın Rusiya telekanalına baxmaq imkanı əldə edəcək”

Nuşirəvan Məhərrəmli: “İnsanlar 1-2 yox, 10-a yaxın Rusiya telekanalına baxmaq imkanı əldə edəcək”
# 17 aprel 2007 15:08 (UTC +04:00)
“Azərbaycanda Rusiya telekanallarının yayımının dayandırılması mənim şıltaqlığım deyil”. Bu sözləri APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. APA-nın xəbərinə görə, “Nuşirəvan Məhərrəmlinin şıltaqlığı nəticəsində rusdilli əhali telekanalsız qala bilməz” deyən Milli Məclisin deputatı Mixail Zabelinin bəyanatı ilə bağlı sualı cavablandıran MTRŞ sədri bildirib ki, Rusiyaya qarşı hər hansı marağı yoxdur: “Mənim Rusiyaya çox normal münasibətim var. Sadəcə, biz dünyada qəbul olunan təcrübəyə uyğun hərəkət etmək istəyirik. Kabel televiziyaları inkişaf etdikcə bizim əhalinin hamısı Rusiya telekanallarına baxmaq imkanı əldə edəcək. Kabel televiziyalarının inkişaf etməsi üçün zəruri addımları atırıq. Biz çoxlu sayda kabel televiziyalarına lisenziya verəcəyik. Bunun hesabına insanlar 1-2 yox, 10-a yaxın Rusiya kanalına baxmaq imkanı əldə edəcək”.
Qeyd edək ki, MTRŞ-in qərarına əsasən iyulun 10-dan etibarən Azərbaycanda Rusiya telekanallarının yayımı dayandırılmalıdır. MTRŞ yalnız müvafiq dövlətlərarası razılaşma olarsa, yayımın davam etdiriləcəyini bəyan edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR