Gəncənin “Alternativ” telekanalı “Xəbər+” informasiya proqramının 5 illik yubileyini qeyd edib

Gəncənin “Alternativ” telekanalı “Xəbər+” informasiya proqramının 5 illik yubileyini qeyd edib
# 19 aprel 2007 11:43 (UTC +04:00)
Dünən Gəncənin “Alternativ” telekanalı “Xəbər+” informasiya proqramının 5 illik yubileyini qeyd edib. Bu barədə APA-nın qərb bürosuna telekanalın direktoru Elnur Abbasov məlumat verib. Onun sözlərinə görə, 5 il öncə ilk dəfə olaraq telekanalda xəbərlər proqramı efirə çıxaraq, Gəncədən və regiondan olan məlumatları tərəfsiz və qərəzsiz şəkildə vətəndaşların diqqətinə çatdırıb: “Bu gün xəbərlər departamentində siyasi, iqtisadi, mədəni, idman xəbərləri ilə yanaşı, gündəlik baş verən hadisələrlə bağlı operativ məlumatlar hazırlanır. Hazırda departamentin fəaliyyətinin genişləndirilməsi istiqamətində işlər aparılır”. E. Abbasovun sözlərinə görə, proqram əvvəllər “İnternyus-Azərbaycan” Gəncə Müstəqil Jurnalistika Mərkəzinin köməyi ilə reallaşırdı: “Artıq ikinci ildir “Xəbər+” informasiya proqramı telekanalda yaradılan xəbərlər departamentində hazırlanır”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR