APA “Bakıelektrikşəbəkə”ni məhkəməyə verəcək

APA “Bakıelektrikşəbəkə”ni məhkəməyə verəcək
# 15 may 2007 13:47 (UTC +04:00)
Məsələ ondadır ki, “Bakıelektrikşəbəkə” ASC elektrik enerjisinin kəsilməsi ilə bağlı problemin səbəbini açıqlaya bilməyib. İdarədən əvvəlcə ərazidə qəza baş verdiyi deyilsə də, sonradan işığın “borclu abonentlərin işığının kəsilməsi kampaniyası” çərçivəsində kəsildiyi bildiriblib. APA-nın heç bir elektrik enerjisi borcunun olmaması bildiriləndən sonra isə “Bakıelektrikşəbəkə”dən problemin nədən ibarət olduğunu izah edilməyib.
APA problemin bir neçə dəfə təkrarlandığını, sonuncu faktda isə elektrik enerjisinin qəsdən kəsilməsi qənaətindədir. Agentlik “Bakıelektrikşəbəkə”nin bu cür sifarişli və qərəzli addımını pisləyir. APA agentliyin işgüzar nüfuzuna vurulan mənəvi və maddi zərbəyə görə, “Bakıelektrikşəbəkə”ni məhkəməyə verməyi qərara alıb.
Agentlik baş vermiş hadisəyə təəssüflənərək, abunəçilərindən üzr istəyir və yaranmış vəizyyəti anlayışla qarşılayacaqlarına ümid edir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR