Hafiz Hacıyev Rauf Arifoğlu və Qənimət Zahidi məhkəməyə verib

Hafiz Hacıyev Rauf Arifoğlu və Qənimət Zahidi məhkəməyə verib
# 25 may 2007 12:02 (UTC +04:00)
Müasir Müsavat Partiyasının sədri və eyni adlı qəzetin təsisçisi Hafiz Hacıyev “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu və “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidi məhkəmə verib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumatda bildirilib ki, mayın 18-də bəzi KİV-in elektron ünvanına “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun elektron poçtundan göndərilən məktubda AXCP sədri Əli Kərimlinin montaj olunmuş şəkilləri yerləşdirilib: “Rauf Arifoğlu isə həmin məsələ ilə bağlı mətbuata açıqlamasında bunun ona aidiyyəti olmadığını, həmin səkillərin bir neçə gün öncə “Müasir Müsavat” qəzetində dərc edildiyini bildirib “Azadlıq” qəzeti də onun bu açıqlamasına istinad edərək, “Müasir Müsavat” qəzetinə və onun baş redaktorunun ünvanına böhtan və təhqirlə dolu məqalə dərc edib. Bu səbəbdən “Müasir Müsavat” qəzetinin təsisçisi Hafiz Hacıyev adı çəkilən qəzetlərin baş redaktorları Rauf Arifoğlu və Qənimət Zahidovu Yasamal rayon Məhkəməsinə verib”.
Məlumatda həmin kollajların heç vaxt “Müasir Müsavat” qəzetində dərc edilmədiyi də vurğulanıb.
“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid isə APA-ya açıqlamasında məhkəmədə cavab verməyə hazır olduğunu deyib. O, AXCP sədri Əli Kərimlinin montaj olunmuş şəkillərinin “Müasir Müsavat” qəzetində dərc olunması barədə məlumatı bir daha təsdiqləyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR