YAP-ın təşkilatçılığı ilə “Mətbuat və cəmiyyət” mövzusunda konfrans keçiriləcək

YAP-ın təşkilatçılığı ilə “Mətbuat və cəmiyyət” mövzusunda konfrans keçiriləcək
# 19 iyun 2007 14:02 (UTC +04:00)
İyunun 21-də Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “Mətbuat və cəmiyyət” mövzusunda konfrans keçiriləcək. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Bakı Əyləncə Mərkəzində keçiriləcək konfransda ölkədə fəaliyyət göstərən ayrı-ayrı mətbuat qurumlarının rəhbərləri dəvət ediləcək. İqtidar və müxalifət yönlü olmasından asılı olmayaraq, bütün mətbu orqanların təmsilçilərinin konfransa qatılacağı gözlənilir. Konfransda Azərbaycanda mətbuatın hazırkı durumu ilə bağlı müzakirələr aparılacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR