TDT-nin Audiovizual Tənzimləyici Orqanlarının Forumu yaradılacaq

TDT-nin Audiovizual Tənzimləyici Orqanlarının Forumu yaradılacaq
# 27 oktyabr 2022 12:23 (UTC +04:00)

“Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin Audiovizual media üzrə Tənzimləyici Orqanlarının Forumu yaradılacaq”.

APA xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin Audiovizual media üzrə Tənzimləyici Orqanlarının 1-ci Toplantısında Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov deyib.

O bildirib ki, bu iclasda Forumun yaradılması ilə bağlı Niyyət Bəyannaməsi sənədinin layihəsinin razılaşdırılacaq: “Eyni zamanda, bu gün Forumun yaradılması ilə bağlı TDT-yə daxil olan ölkələrin media üzrə məsul nazirlərinin 5-ci toplantısına müraciət ediləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR