Bakı-2019: Azərbaycan həndbolçuları ilk oyunlarını keçiriblər

Bakı-2019: Azərbaycan həndbolçuları ilk oyunlarını keçiriblər
# 22 iyul 2019 22:22 (UTC +04:00)

Bakıda keçirilən XV Avropa Gənclər Olimpiya Yay Festivalında oğlan həndbolçulardan ibarət Azərbaycan yığması mübarizəyə başlayıb.

APA-nın məlumatına görə, A qrupunda çıxış edən millimiz ilk turda Almaniya ilə üz-üzə gəlib.

Görüş Bundestimin aşkar üstünlüyü ilə keçib. İlk hissəni 23:3 hesabı ilə öndə tamamlayan almaniyalılar 45:9 hesabı ilə qələbə qazanıblar.

Qrupun digər oyununda Danimarka ilə Serbiya görüşüb. Şimallılar 29:16 hesabı ilə qalib gəliblər.

Qeyd edək ki, yığmamız sabah Danimarka ilə, iyulun 24-də Serbiya ilə qarşılaşacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR