Bakı-2019: Azərbaycan tennisçiləri 1/16 final səddini adlaya bilməyiblər

Bakı-2019: Azərbaycan tennisçiləri 1/16 final səddini adlaya bilməyiblər
# 22 iyul 2019 21:22 (UTC +04:00)

Avropa Gənclər Yay Olimpiya Festivalında tennis yarışları davam edir.

APA-nın məlumatına görə, bu gün cütlər də mübarizəyə qoşulub.

Azərbaycan iki cütlə təmsil olunub. Qızların yarışında Polina Drobiçeva və Alina Hüseynova 1/16 finalda korta çıxıb. Karolina Qomeslə Rakel Qonzales (İspaniya) ilə görüşən yığma üzvləri iki setdə uduzublar – 2:6, 0:6.

Oğlanlardan ibarət cütlükdə mübarizəni erkən dayandırıb. 1/16 finalda qüvvəsini sınayan Kənan Qasımov və Tamerlan Əzizov cütü Daniel İvanov və Tyaqo Pereyradan (Portuqaliya) daha ağır məğlubiyyət alıb – 1:6, 0:6.

Qeyd edək ki, bunadək tennisçilərimizin dördü də fərdi yarışlarda 1/32 final səddini adlaya bilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR