Bakı-2019: Azərbaycanın iki tennisçisi mübarizəni 1/32 finalda dayandırıb

Bakı-2019: Azərbaycanın iki tennisçisi mübarizəni 1/32 finalda dayandırıb
# 21 iyul 2019 17:04 (UTC +04:00)

Bakıda keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalında tennisçilərin fərdi yarışları davam edir.

APA-nın məlumatına görə, Azərbaycan yığmasının iki üzvü mübarizəyə başlayıb.

Qızların yarışında 1/32 finalda mübarizəyə başlayan Polina Drobişeva ilk mərhələdə Salma Druqdova (Slovakiya) ilə qarşılaşıb. İki setdə uduzan təmsilçimiz mübarizəni dayandırıb – 1:6, 0:6.

Oğlanların yarışında Tamerlan Əzizov da Festivalla 1/32 finalda vidalaşıb. O, Daniele Minigini (İtaliya) ilə bacarmayıb – 4:6, 3:6.

Qeyd edək ki, daha iki tennisçimiz fərdi yarışlarda qüvvəsini sınayacaq. Alina Hüseynova qızların, Kənan Qasımov oğlanların yarışında 1/32 final matçına çıxacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR