Bakı-2019: Velosiped idmanında ilk qalib müəyyənləşib

Bakı-2019: Velosiped idmanında ilk qalib müəyyənləşib
# 23 iyul 2019 12:25 (UTC +04:00)

Bakıda keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalında velosipedçilər mübarizəyə başlayıb.

APA-nın məlumatına görə, bu gün qızlar fərdi vaxtla şossedə yürüşünə çıxıblar.

Start xəttinə çıxan 75 idmançı arasında Azərbaycan millisinin üç üzvü də yer alıb.

Lalə Əbdürəhmanova yığmanın velosipedçiləri arasında ən yaxşı nəticə göstərib. Finişə 18 dəqiqə 09,08 saniyəyə çatan idmançı 65-ci yeri tutub.

Ondan 37,57 saniyə geri qalan Məleykə İsgəndərova 70-ci yerlə kifayətlənib. Gülşən İsmayılova isə 72-ci olub. Velosipedçi finişə 19 dəqiqə 01,28 saniyəyə çatıb.

Qeyd edək ki, yarışın qalibi adına Zoe Bakştedt yiyələnib. Böyük britaniyalı 14 dəqiqə 35,25 saniyə nəticəyə imza atıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR