BOK Hindistanla bağlı qadağanı ləğv edib

BOK Hindistanla bağlı qadağanı ləğv edib
# 21 iyun 2019 12:52 (UTC +04:00)

Beynəlxalq Olimpiya Komitəsi (BOK) Hindistanda idman yarışlarının keçirilməsi ilə bağlı qadağasını ləğv edib.

APA-nın məlumatına görə, qurumun bu ilin fevralında verdiyi qərar 4 ay qüvvədə qalıb.

Buna Hindistanın ölkə daxilində keçirilən Olimpiya təsnifat turnirinə gələn Pakistan idmançılarına viza verməkdən imtinası səbəb olmuşdu. Nəticədə BOK yarışın təsnifat xarakterli olması statusunu ləğv edib, bu ölkədə yarışların keçirilməməsi ilə tövsiyə xarakterli qadağa qoymuşdu.

Bu durumla üzləşən Hindistan hökuməti ölkədə keçirilən yarışlara gələn bütün idmançılara problem yaranmaması ilə bağlı təminat verib. Məhz Olimpiya xartiyasına əməl ediləcəyi ilə bağlı təminatdan sonra BOK qadağa barədə qərarını aradan qaldırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR