Minsk-2019: Azərbaycan cüdoçularının rəqibləri müəyyənləşib

Minsk-2019: Azərbaycan cüdoçularının rəqibləri müəyyənləşib
# 21 iyun 2019 18:49 (UTC +04:00)

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının cüdo yarışlarının püşkü atılıb.

APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, yarışda iştirak edən Azərbaycan idmançılarının da rəqibləri bəlli olub.

Millimiz Minsk-2019-da 15 cüdoçu ilə təmsil olunacaq. Onlardan doqquzu kişi, altısı qadın idmançıdır.

Bu növ üzrə döyüşlər sabah start götürəcək.

Kişilər
60 kq. Kəramət Hüseynov – Matyaj Trbovç (Sloveniya)
60 kq. Orxan Səfərov – David Starkel (Sloveniya)
66 kq. Nicat Şıxəlizadə - Boqdan İadov (Ukrayna)
73 kq. Rüstəm Orucov – Sedrik Bessi (Monako)
73 kq. Hidayət Heydərov – İnqvari Mikloş (Macarıstan)
90 kq. Məmmədəli Mehdiyev – Petar Zilka (Slovakiya)/Yahor Varapayev (Belarus) cütünün qalibi
100 kq. Elmar Qasımov – Anton Savitki (Ukrayna)
100 kq. Zelim Kotsoyev – Boyan Dosen (Serbiya)
+100 kq. Uşanqi Kokauri – Vinçentso Darko (İtaliya)-Vito Draqiç (Sloveniya) cütünün qalibi

Qadınlar
48 kq. Aişə Qurbanlı – Aleksandra Pop (Rumıniya)
52 kq. Aleksandra Larisa Florian – Karolina Pienkovska (Polşa)
52 kq. Gültac Məmmədliyeva – Katri Kakko (Finlandiya)
57 kq. İçinxorlo Munxtsedev – Eteri Liparteliani (Gürcüstan)
63 kq. Nuriyə Axundova – Adriana Stefaniya Dobre (Rumıniya)
+78 kq. İrina Kindzerska – Jasmin Kuelbs (Almaniya)/Sebile Akbulut (Türkiyə) cütünün qalibi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR