Minsk-2019: Azərbaycan yığması Fransa ilə qarşılaşacaq

Minsk-2019: Azərbaycan yığması Fransa ilə qarşılaşacaq
# 24 iyun 2019 21:45 (UTC +04:00)

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında cüdo üzrə komanda yarışlarının cütləri məlum olub.

APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, qarışıq komandaların mübarizəsi 1/8 finaldan başlayacaq.

Azərbaycan yığması ilk qarşılaşmada Fransa ilə üz-üzə gələcək. Yığmamızın görüşü Bakı vaxtı ilə saat 11:30-da başlayacaq.

1/8 finalın digər cütləri belədir: Portuqaliya – İspaniya, Hollandiya – Rumıniya, Sloveniya – Ukrayna, Rusiya – Türkiyə, Polşa – Serbiya, Almaniya – Avstriya, Macarıstan – Belarus.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR