Minsk-2019: Azərbaycanın daha bir boksçusu Avropa Oyunlarına qələbə ilə başlayıb

Minsk-2019: Azərbaycanın daha bir boksçusu Avropa Oyunlarına qələbə ilə başlayıb
  • Clock-gray 21:05
  • calendar-gray 22 İyun 2019

Azərbaycan yığmasının daha bir boksçusu II Avropa Oyunlarında mübarizəyə start verib.

APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, Cavid Çələbiyev Belarusun paytaxtı Minskdə keçirilən yarışın ikinci günündə rinqə çıxıb.

60 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz 1/16 final döyüşündə qüvvəsini sınayıb. “Uruçye Arena”dakı görüşdə onun rəqibi Bosniya və Herseqovina təmsilçisi Nikola İvkoviç olub. C.Çələbiyev rəqibinə 5:0 hesabı ilə qalib gəlib.

Dünya çempionumuzun 1/8 finaldakı rəqibi Roland Qaloşa (Macarıstan) 4:1 hesabı ilə qalib gələn Dorin Buska (Moldova) olub. 

İdmançımız növbəti döyüşünü iyunun 25-də keçirəcək.

Tahir Hümmətov

Digər xəbərlər

Arxiv

date