Qərbi Azərbaycan İcması repatriasiya etmiş azərbaycanlılar qayıtdıqdan sonra yardım üçün beynəlxalq donor axtaracaq

Qərbi Azərbaycan İcması repatriasiya etmiş azərbaycanlılar qayıtdıqdan sonra yardım üçün beynəlxalq donor axtaracaq
# 26 yanvar 2023 16:43 (UTC +04:00)

Qərbi Azərbaycana repatriasiya etmiş azərbaycanlılar qayıtdıqdan sonra ilk dövrlər humanitar yardıma ehtiyac duyacaq.

APA xəbər verir ki, bu barədə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında qeyd edilib.

Bildirilib ki, repatriasiya etmiş azərbaycanlılar qayıtdıqdan sonra ilk dövrlər humanitar yardıma, sonra uzunmüddətli sosial və iqtisadi inkişaf üçün re-inteqrasiya və reabilitasiya proqramına və yardımlara ehtiyac duyacaqlar. İcma bu sahədə müvafiq proqram həyata keçirmək üçün beynəlxalq qurumlar və donorların əsas tərəf müqabili olmaqda qərarlıdır.

Qeyd edilib ki, re-inteqrasiya və reabilitasiya tədbirlərinin uğurunun təmin edilməsində yaşayış məskənləri daxilində sosial bağlar və dinamika vacib əhəmiyyət kəsb edir. Təcrübə göstərdiyi kimi, qovulmadan əvvəlki məskunlaşma konfiqurasiyasının qorunub saxlanması sosial bağların bərpasını və beləliklə re-inteqrasiya və reabilitasiyanı asanlaşdırır. Bu baxımdan, qovulmadan əvvəlki məskunlaşma konfiqurasiyasının qorunub saxlanması insan hüquqlarının bir tələbi olmaqla bərabər re-inteqrasiya və reabilitasiyanın uğuru üçün zəruri şərtdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR