Azərbaycan Prezidenti: Biz iqtisadiyyatımızın şaxələndirilməsi üzərində ciddi işləyirik

Azərbaycan Prezidenti: Biz iqtisadiyyatımızın şaxələndirilməsi üzərində ciddi işləyirik
# 19 yanvar 2023 19:10 (UTC +04:00)

Bugünkü reallıqlar fonunda tranzit ölkəsi olmaq vacibdir. Lakin bizim üçün bunun əhəmiyyəti yeni iş yerləri və yerli istehsalatla bağlıdır.

APA xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında söyləyib.

“Bu səbəbdən biz iqtisadiyyatımızın şaxələndirilməsi üzərində ciddi işləyirik. Hesab edirik ki, nəqliyyat sahəsi bizə ixracımızı şaxələndirməyə imkan verəcək, çünki biz xidmət ixrac edəcəyik. Bununla yanaşı, Orta Dəhliz üzərində və Şimal-Cənub marşrutu boyunca yerləşmə Azərbaycanda əlavə biznes imkanları yaradır”, - dövlət başçısı bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR