Azərbaycan Prezidenti: "O vaxt biz haqlı olaraq Aprel döyüşlərindəki qələbəni Ordumuzun şanlı qələbəsi kimi qeyd edirdik"

Prezident İlham Əliyev Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə

© APA | Prezident İlham Əliyev Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə

# 04 oktyabr 2021 17:07 (UTC +04:00)

“O vaxt biz haqlı olaraq Aprel döyüşlərindəki qələbəni Ordumuzun şanlı qələbəsi kimi qeyd edirdik və bizim qayıdışımızın da başlanğıcı məhz o vaxt olmuşdur”.

APA xəbər verir ki, bu fikri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib.

Dövlət başçısı deyib ki, o vaxt belə fikirlər səslənirdi: torpaqlar azad olunarsa, məcburi köçkünlər qayıdacaq, qayıtmayacaq, onların bir çoxları, onların uşaqları, nəvələri o yerləri görməyiblər. Sonra dedilər ki, onların hamısı qayıtmaq istəyir: “Bu, məni çox sevindirdi. Bu, bir daha göstərdi ki, xalqımız nə qədər böyük xalqdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR