Azərbaycan-Qırğızıstan birgə hökumətlərarası komissiyasının həmsədri dəyişib

Azərbaycan-Qırğızıstan birgə hökumətlərarası komissiyasının həmsədri dəyişib
# 28 iyul 2022 17:17 (UTC +04:00)

Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın həmsədri dəyişib.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq sərəncamında əksini tapıb.

Komissiyanın həmsədri bundan sonra Əli Əhmədov – Azərbaycan Respublikası Baş nazirinin müavini olacaq. İndiyə kimi komissiyanın həmsədri Azərbaycan Respublikası Baş nazirinin birinci müavini idi.

Xarici İşlər Nazirliyinə Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinə bu Sərəncama edilmiş dəyişiklik barədə Qırğız Respublikası tərəfinə müvafiq bildiriş göndərmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR