BƏƏ-nin vitse-prezidenti Azərbaycan dövlət başçısına təbrik ünvanlayıb

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 27 may 2022 13:41 (UTC +04:00)

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubayın hökmdarı Məhəmməd bin Rəşid Al Məktum Prezident İlham Əliyevə təbrik ünvanlayıb.

APA xəbər verir ki, təbrik məktubunda deyilir:

"Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan şərəf duyuram. Zati-alinizə möhkəm cansağlığı, səadət, Azərbaycan hökumətinə və dost Azərbaycan xalqına rifah və tərəqqi arzulayıram.

Ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR