Dövlət başçısı: “Fəxr edirik ki, döyüş meydanında öz haqqımızı bərpa etdik”

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 27 sentyabr 2022 14:07 (UTC +04:00)

Biz xoşbəxt nəsilik ki, bu şərəfli missiya bizim üzərimizə düşüb.

APA-nın xəbərinə görə, bunu bu gün Prezident İlham Əliyev Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 Sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsi önündə çıxışında bildirib.

“Xoşbəxt nəsilik ki, biz bu tarixi hadisənin həm şahidləriyik, həm də iştirakçılarıyıq. Bizdən sonra gələn nəsillər həmişə bu şanlı tarixlə fəxr edəcəklər. Biz fəxr edirik ki, bu torpağın övladlarıyıq. Fəxr edirik ki, döyüş meydanında öz haqqımızı bərpa etdik, düşməni məğlub etdik və bundan sonra biz müzəffər xalq kimi, qalib ölkə kimi əbədi yaşayacağıq”, - dövlət başçısı vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR