Emmanuel Makron Prezident İlham Əliyevlə Moldovada görüşəcək

Emmanuel Makron Prezident İlham Əliyevlə Moldovada görüşəcək
# 27 may 2023 22:41 (UTC +04:00)

Fransa prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevlə Moldovada görüşəcək.

APA xəbər verir ki, bu barədə Fransa Prezidenti Azərbaycan Prezidentinə ünvanladığı təbrik məktubunda bildirib.

Mən Sizinlə Qafqazın və qitəmizin üzləşdiyi çağırışlar haqqında mübadilələrimizi davam etdirməyə imkan verəcək, iyunun 1-də Kişineuda Avropa Siyasi Birliyinin ikinci sammitində yenidən görüşməkdən məmnunam. Ümid edirəm ki, Praqada olduğu kimi, bu sammit da bizə Azərbaycan ilə Ermənistan arasında aparılan danışıqlara öz dəstəyimizi verməyə imkan yaradacaq. Cənab Prezident, yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm", - deyə məktubda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR