İşsizlikdən sığorta fondunun gəlirləri və xərcləri 1 mln. manat artırılıb

İşsizlikdən sığorta fondunun gəlirləri və xərcləri 1 mln. manat artırılıb
# 04 iyul 2022 12:15 (UTC +04:00)

Prezident İlham Əliyev “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” qanunda edilən dəyişiklikləri təsdiqləyib.

APA xəbər verir ki, qanuna əsasən, İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsinin gəlirləri və xərcləri 1 000 000,0 manat artırılır.

Qanuna əsasən, İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsinin gəlirləri və xərcləri 180 375 536,0 manatdan 181 375 536,0 manata çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR