Peru Prezidenti Azərbaycanın dövlət başçısına təbrik məktubu göndərib

Peru PrezidentFransisko Saqasti

© APA | Peru PrezidentFransisko Saqasti

# 28 may 2021 15:24 (UTC +04:00)

Peru Respublikasının Prezidenti Fransisko Rafael Saqasti Oçausler Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

APA-nın məlumatına görə, təbrik məktubunda deyilir:

“Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Peru Hökuməti və xalqı adından Sizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Bu əlamətdar gündə hökumətimin siyasi-diplomatik dialoqun gücləndirilməsi, iqtisadi-ticari mübadilə və əməkdaşlıq yolu ilə ikitərəfli əlaqələrimizin dərinləşdirilməsi istiqamətində çalışmaqda davam edəcəyini bir daha məmnunluqla bildirirəm.

Eyni zamanda, fürsətdən istifadə edərək bütün ölkələrdə səhiyyə və iqtisadiyyat sahələrinə təsir edən COVID-19 ilə mübarizədə Sizə uğurlar arzu edirəm. Əminəm ki, bütün ölkələrin birgə səyləri sayəsində universal ictimai məhsul xarakterli və effektiv peyvəndin tətbiq edilməsi ilə bu böhranın öhdəsindən gələcəyik.

Azərbaycan xalqına cansağlığı, rifah və tərəqqi arzu edirəm.

Sizə bir daha ən dərin ehtiramımı bildirirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR