Prezident 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib - YENİLƏNİB - VİDEO

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət edib

© APA | Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət edib

# 20 yanvar 2022 10:02 (UTC +04:00)

Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 32-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 20-də - Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarət ediblər.

APA-nın məlumatına görə, dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ölkəmizin azadlığı uğrunda həlak olanların əziz xatirəsini ehtiramla yad ediblər.

Prezident İlham Əliyev “Əbədi məşəl” abidəsi önünə əklil qoyub.

Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

***

09.39

Prezident İlham Əliyev 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.

APA-nın xəbərinə görə, dövlət başçısı İlham Əliyev ölkəmizin azadlığı uğrunda həlak olanların xatirəsini yad edib.

Prezident İlham Əliyev “Əbədi məşəl” abidəsi önünə əklil qoyub.

Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR