Prezident: Azərbaycan-Latviya münasibətlərinin hazırkı yüksək səviyyəsi məmnunluq doğurur

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 18 noyabr 2022 10:36 (UTC +04:00)

Azərbaycan-Latviya münasibətlərinin hazırkı yüksək səviyyəsi məmnunluq doğurur.

APA xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Latviya Prezidenti Egils Levitsə təbrik məktubunda deyilir.

“İnanıram ki, xalqlarımızın mənafeləri naminə ölkələrimiz arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın dərinləşdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik”, - məktubda vurğulanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR