Prezident: “Azərbaycan Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir”

Prezident: “Azərbaycan Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir”
# 16 sentyabr 2022 16:04 (UTC +04:00)

“Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir”.

APA xəbər verir ki, bunu Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində çıxış edən Prezident İlham Əliyev bildirib.

Dövlət başçısı deyib ki, Bakı gəmiqayırma zavodu bütün növ gəmilər istehsal edə bilir:

“Son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib. Bu gün Azərbaycan 2020-ci il İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkir.

Azərbaycan 18 təyyarə ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. 2024-cü ilin sonuna qədər ölkədə beynəlxalq hava limanlarının ümumi sayı bugünkü 7-dən 9-a çatdırılacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR