Prezident: Düşmənə elə sarsıdıcı zərbə endirdik ki, bu günə qədər özünə gələ bilmir

Prezident: Düşmənə elə sarsıdıcı zərbə endirdik ki, bu günə qədər özünə gələ bilmir
# 08 noyabr 2022 15:20 (UTC +04:00)

“Ona görə Qələbəyə aparan yol müxtəlif istiqamətlərdən keçmişdir. Əlbəttə ki, güclü Silahlı Qüvvələrin yaradılması əsas vəzifə idi və biz bunu yaratdıq”.

APA xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşada hərbçilər qarşısında çıxışında bildirib.

Azərbaycan Prezidenti deyib ki, bununla paralel olaraq, ölkədə uzun illər ərzində daxili sabitlik, əmin-amanlıq, təhlükəsizlik, əlbəttə ki, bizi gücləndirirdi: “Çünki yenə də deyirəm, mən heç vaxt müqayisə aparmaq istəmirəm, - amma indiki dünyada heç nəyi gizlətmək mümkün deyil, hər şey göz qabağındadır, - bir çox ölkələr daxili problemlərin içində çabalayır, bir çox ölkələrdə daxili böhran hökm sürür, qarşılıqlı inamsızlıq, ictimai asayişin pozulması, xalq-iqtidar arasındakı uçurum. Bizdə nə görürük - daxili sabitlik, milli birlik, milli həmrəylik, xalq-iqtidar birliyi. Bax, bu, bizim siyasətimizin böyük nəticəsidir. Bizim bütün addımlarımız və mənim Prezident kimi 2003-cü ildən bu günə qədər bütün addımlarım Azərbaycanın gücləndirilməsinə yönəldilmişdir. Vətən müharibəsinə qədər bütün addımlarım bir amala xidmət edirdi ki, biz torpaqlarımızı azad edək, düşməni torpağımızdan qovaq və biz buna nail olduq. Mən işğal dövründə deyirdim, bir neçə dəfə deyirdim, hər birimiz azadlıq gününü, bu müqəddəs günü öz işimizlə yaxınlaşdırmalıyıq, yaxınlaşdırırdıq və yaxınlaşdırdıq. Düşmənə elə sarsıdıcı zərbə endirdik ki, bu günə qədər özünə gələ bilmir. İndi Ermənistanda gedən proseslərə baxın, indi onlar öz hirsini, öz zəhərini artıq öz aralarında bölüşürlər. Görün, bu iki il ərzində orada hansı proseslər gedir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR