Prezident: Əfsuslar olsun ki, bəzi icra başçıları əyri yolla gediblər və bu gün bunun acısını çəkirlər

Prezident: Əfsuslar olsun ki, bəzi icra başçıları əyri yolla gediblər və bu gün bunun acısını çəkirlər
# 25 iyul 2022 14:19 (UTC +04:00)

“Bilirsiniz ki, bir neçə keçmiş icra başçısı cinayət məsuliyyətinə cəlb edilmişdir, bəzilərinin hökmü verilmişdir, bəzilərinin işləri məhkəmədədir”.

APA xəbər verir ki, bunu Prezident İlham Əliyev Masallı, Lerik və Göygöl rayonlarının yeni təyin olunmuş icra başçılarını qəbul edərkən deyib.

"Bu onu göstərir ki, heç kim qanundan üstün ola bilməz. Mən bütün icra başçılarını vəzifəyə təyin edərkən göstərişlərimdən biri o idi ki, korrupsiyaya, rüşvətxorluğa qarşı biz amansız mübarizə aparmalıyıq və icra başçıları burada nümunə olmalıdırlar. Əfsuslar olsun ki, bəziləri əyri yolla gediblər və bu gün bunun acısını çəkirlər. Bu, hər bir dövlət məmuru üçün dərs olmalıdır", - dövlət başçısı vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR