Prezident İlham Əliyev: Biz hərbi gücümüzü bundan sonra da artıracağıq - VİDEO

Prezident İlham Əliyev: Biz hərbi gücümüzü bundan sonra da artıracağıq - VİDEO
# 01 yanvar 2022 00:53 (UTC +04:00)

Biz hərbi gücümüzü bundan sonra da artıracağıq. 2021-ci ildə də bu istiqamətdə əməli addımlar atılıb, yeni silahlar, texnikalar alınıb və alınacaq. Eyni zamanda, hərbi birləşmələrimizin hazırlıq işinə də böyük əhəmiyyət verilir.

APA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə müraciətində bildirib.

“İkinci Qarabağ müharibəsində bütün dünya Azərbaycanın hərbi gücünü gördü, Müdafiə Nazirliyinin xüsusi təyinatlıları artıq bütün dünya tərəfindən tanındı, onların qəhrəmanlığı, fədakarlığı, peşəkarlığı dastana çevrildi”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Bu il Azərbaycanda yeni hərbi birləşmənin - Komando Qüvvələrinin yaradıldığını bildirən Prezident deyib: “Bu Komando Qüvvələri istənilən hərbi vəzifəni icra etməyə hazırdırlar, onların sayı durmadan artır və artacaq. Beləliklə yeni çevik, peşəkar və çox böyük imkanlara malik olan silahlı birləşmənin yaradılması onu deməyə əsas verir ki, biz hər an öz torpaqlarımızı, öz sərhədlərimizi qorumağa hazır olmalıyıq. 2021-ci ildə Ermənistan-Azərbaycan sərhədində baş vermiş bəzi insidentlər onu göstərdi ki, Azərbaycan üstünlüyü tam öz əllərində saxlayır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR