Prezident İlham Əliyev: “Ümid edirəm ki, 2024-cü ildə Laçında beynəlxalq hava limanı açılacaq”

Prezident İlham Əliyev: “Ümid edirəm ki, 2024-cü ildə Laçında beynəlxalq hava limanı açılacaq”
# 27 iyun 2022 11:02 (UTC +04:00)

Laçın rayonunda yeni hava limanı inşa edilir. Bu hava limanının tikintisinin ən çətin tərəfi Laçın rayonunda və Kəlbəcər rayonunda düz yerin olmamasıdır.

APA xəbər verir ki, bunu Prezident İlham Əliyev Kəlbəcərdə “İstisu” sanatoriyasının təməlqoyma mərasimindən sonra çıxışında deyib.

“Ona görə biz dağları yarırıq, dağları kəsirik ki, zolaq üçün uyğun şərait yaradılsın. Ona görə bu torpaq işləri hələ gələn il də davam edəcək. Ümid edirəm ki, 2024-cü ildə Laçın rayonunda beynəlxalq hava limanı açılacaq və ondan sonra gediş-gəliş daha rahat olacaq”, - Prezident İlham Əliyev əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR