Prezident İlham Əliyevin Albaniya Baş naziri ilə təkbətək görüşü olub - YENİLƏNİB

Prezident İlham Əliyevin Albaniya Baş naziri ilə təkbətək görüşü olub  - YENİLƏNİB
# 15 noyabr 2022 20:33 (UTC +04:00)

Noyabrın 15-də Tiranada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Albaniya Respublikasının Baş naziri Edi Rama ilə təkbətək görüşü olub.

APA xəbər verir ki, görüşdə ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olundu, fəal siyasi dialoqun həyata keçirildiyi bildirildi.

Söhbət zamanı Albaniyanın Baş naziri Edi Ramanın bu ilin aprelində Azərbaycana rəsmi səfərinin əlaqələrimizin genişləndirilməsi işində önəmi qeyd olundu. İqtisadi və enerji sahələrində əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıldı.

***

18.45

Noyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Albaniya Respublikasının Baş naziri Edi Rama ilə təkbətək görüşü olub.

APA xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR