"AvtoVAZ"ın satışları ötən il 5% azalıb

"AvtoVAZ"ın satışları ötən il 5% azalıb
# 12 yanvar 2021 16:18 (UTC +04:00)

2020-ci ildə Rusiyanın avtomobil istehsalçısı olan "AvtoVAZ" şirkətinin daxili və xarici bazarlarda satışları əvvəlki illə müqayisədə təxminən 5% azalaraq 393,8 min avtomobilə düşüb.

"APA-Economics"in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə "AvtoVAZ"ın daxil olduğu "Renault Groupe"un açıqlamasında deyilir.

Qeyd olunur ki, ümumilikdə, 2020-ci ildə "AvtoVAZ" 383,9 min minik və kiçik tonnajlı kommersiya yük avtomobili (LCV), 9,8 min "Niva" satıb.

Xatırladaq ki, 2019-cu ildə isə avtokonsern tərəfindən 412,4 min avtomobil realizə edilib, onların 362,4 mini Rusiyanın avtomobil bazarının payına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR