Azərbaycan, Rusiya və Qazaxıstan sahibkarları üçün onlayn forum keçiriləcək

Azərbaycan, Rusiya və Qazaxıstan sahibkarları üçün onlayn forum keçiriləcək
# 22 may 2020 12:03 (UTC +04:00)

Rusiyanın "Opora Rossii" təşkilatı ilə birgə keçirilməsi planlaşdırılan növbəti beynəlxalq onlayn B2B forumu Azərbaycan-Rusiya-Qazaxıstan üçtərəfli əlaqələrə həsr olunacaq.

"Caspian European Club"dan “APA-Economics”ə verilən məlumata görə, bu barədə razılıq bu həftə keçirilən "Azərbaycan-Tümen" ikinci beynəlxalq onlayn B2B forumu çərçivəsində əldə olunub.

Forum çərçivəsində tərəflər arasında neft sənayesi, kənd təsərrüfatı və turizm işi üzrə təcrübə mübadiləsinin aparılması, müştərək müəssisələrin yaradılması imkanı müzakirə olunub. Müzakirələrə iqtisadiyyatının müxtəlif sahələrini təmsil edən dövlət və özəl şirkətlərin top-menecerləri iştirak ediblər. Müzakirələrin hər ay iki-üç tərəfli formatda davam etdirilməsi qərara alınıb.

Qeyd olunub ki, Tümen vilayətinin Azərbaycanla ticarət dövriyyəsi 3 mln. ABŞ dollarını ötüb və bu dövriyyənin inkişafı üçün geniş imkanlar mövcuddur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR