Azərbaycan şirkətləri Suriya bazarında təmsil olunmaqda maraqlıdır

Azərbaycan şirkətləri Suriya bazarında təmsil olunmaqda maraqlıdır
  • Clock-gray 15:03
  • calendar-gray 09 Yanvar 2020

Bu ilin fevral ayının sonunda Bakıda Suriya investorları və Azərbaycan sahibkarlarının iştirakı ilə biznes forum təşkil olunacaq.

Bunu "APA-Economics"ə Ərəb Ölkələrinin Əməkdaşlığı Assosiasiyasının icraçı direktoru Yalçın Əliyev deyib.

Onun sözlərinə görə, təqribən 25-ə yaxın Suriya investorlarının iştirakı ilə keçiriləcək forumda əsasən üç sahə üzlə əməkdaşlıq perspektivləri nəzərdən keçiriləcək. Bunlar aqrar, sənaye və ticarət sahələridir.

"Bildiyiniz kimi, Suriya bazarı artıq sahibkarlar üçün əlçatandır və bunu nəzərə alaraq, biz yerli şirkətlərin bu bazarda təmsil olunmasında maraqlıyıq", - deyə Y. Əliyev qeyd edib.

Assosiasiyanın icraçı direktoru həmçinin əlavə edib ki, cari ilin sonunadək bir sıra ölkələrdə müştərək biznes forumların keçirilməsi nəzərdə tutulur: "Belə ki, mayın sonunda – iyunun əvvəlində Misirdə, sentyabrda Mərakeşdə, ilin sonunda isə Fars Körfəzi ölkələrinin birində biznes forumların keçirilməsi nəzərdə tutulur".

Hüseyn Vəliyev

Digər xəbərlər