Azərbaycan və Özbəkistan arasında tekstil sektorunda işgüzar əlaqələr müzakirə ediləcək

Azərbaycan və Özbəkistan arasında tekstil sektorunda işgüzar əlaqələr müzakirə ediləcək
  • Clock-gray 11:45
  • calendar-gray 04 Avqust 2020

İkinci «Made in Uzbekistan» online biznes forumu 25-27 avqust tarixlərində baş tutacaq. Bu dəfə forum tekstil sənayesində ikitərəfli tərəfdaşlığın inkişafı üçün imkanlar təqdim edəcək.

"APA-Economics"ə "Caspian Event Organisers"dən verilən məlumata görə, hazırda Özbəkistan ixrac üçün iri həcmdə pambıq lifi, iplik və hazır məhsullar təklif edir. Bu səbəbdən Azərbaycan alıcıları və tekstil məhsulları istehlakçıları üçün “Made in Uzbekistan” onlayn biznes forumu qısa müddət ərzində tərəfdaş tapmaq, Özbəkistanda parça istehsalçıları ilə işgüzar əlaqə yaratmaq üçün əla fürsət olacaq.

İşgüzar görüşlər çərçivəsində Özbəkistandan yüksək keyfiyyətli kompakt ipliklər və iplər, ev tekstili, naxışlı və boyanmış parçalar, uşaqlar üçün trikotaj, corab məhsulları, cod cuna və bez parça, bint (tənzif), tibbi geyim, tibbi maskalar, aksesuarlar, boyalar, xüsusi geyimlər, habelə hər ölçüdə və növdə parça boyama xidmətləri və digər məhsul və xidmətlərlə məşğul olan 27 şirkət iştirak edəcək.

Artıq qeydiyyatdan keçmiş Özbəkistan şirkətləri arasında "Urganch Baxmal" MMC, “Allıance Textıle”, “Oqsaroy Textile”, “Khantex-Group”, “Textıle Fashıon” MMC, “Imron Textıle Group” və s. kimi şirkətləri qeyd etmək olar. Forumda iştirak edən özbək istehsalçılarının tam siyahısı ilə linkdən keçərək tanış olmaq olar: https://b2b-uz-textile.ceo.az/welcome-az

Onlayn forumda iştirak etmək üçün Azərbaycan alıcıları, tekstil distribütorları, geyim müəssisələrinin mütəxəssisləri, atelyelər, pərakəndə ticarət şəbəkələrinin nümayəndələri və investorlar dəvət olunur.

Biznes forumun proqramına Azərbaycan və Özbəkistan arasında tekstil sektorunda işgüzar dialoq perspektivlərini müzakirə edəcəyi plenar iclas (25 avqust), iki günlük intensiv b2b ikitərəfli görüşlər(26-27 avqust) daxildir.

İkitərəfli görüşlər “Caspian Event Organisers” şirkəti tərəfindən xüsusi olaraq hazırlanmış tam avtomatlaşdırılmış platformada keçiriləcək. Bu proqram şirkətlərə potensial tərəfdaşlar ilə müstəqil şəkildə görüş təyin etmək və bu görüşü öz şəxsi virtual kabinetlərində keçirmək üçün imkan yaradır. 

Forumda iştirak etmək istəyən şəxslər aşağıdakı link vasitəsi ilə qeydiyyatdan keçə bilərlər: https://b2b-uz-textile.ceo.az/register-as-importer-az

Qeyd edək ki, "Made in Uzbekistan Textile" Online B2B-nin təşkilatçıları qismində  Özbəkistan Respublikası İnvestisiya və Xarici Ticarət Nazirliyi nəzdində İxracın Təşviqi Agentliyi, Özbəkistanın "Uztekstilprom" tekstil və tikiş-trikotaj sənayesi Assosiasiyası, Özbəkistan Respublikasının Azərbaycandakı səfirliyi çıxış edir. Tədbirə təşkilati dəstəyi isə “Caspian Event Organisers” (“CEO”) şirkəti göstərir.

APA-Economics

Digər xəbərlər