Azərbaycanda 4 kiçik dövlət müəssisəsi özəlləşdirilib

Azərbaycanda 4 kiçik dövlət müəssisəsi özəlləşdirilib
# 23 dekabr 2020 15:02 (UTC +04:00)

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təşkil olunan növbəti hərracda 4 kiçik dövlət müəssisəsi özəlləşdirilib.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, müəssisələr Bakı şəhəri, Masallı və Yevlax rayonlarında yerləşir.

Hərracda həmçinin 5 nəqliyyat vasitəsi daxil olmaqla ümumilikdə 9 dövlət əmlakı özəlləşdirilib.

Keçirilən hərraclarda iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytına (emlak.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i məbləğində behi ödəyib sifarişçi statusu ala bilərlər. Hərrac günü hər kəs Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək özəlləşdirməyə qoşula bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR