Azərbaycanın bu il ən çox elektromobil idxal etdiyi ölkələr məlum olub

Azərbaycanın bu il ən çox elektromobil idxal etdiyi ölkələr məlum olub
  • Clock-gray 12:50
  • calendar-gray 23 Oktyabr 2020

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 7,697 mln. ABŞ dolları dəyərində 136 ədəd elektrik mühərrikli nəqliyyat vasitəsi idxal edilib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına görə, ölkəyə elektromobillərin idxalında ən böyük paya Böyük Britaniya malik olub. Hesabat dövründə bu ölkədən Azərbaycana 6,786 mln. dollar dəyərində 100 elektromobil gətirilib. Bunlar "Bakı Taksi Xidməti" MMC tərəfindən Böyük Britaniyanın "London EV" (LEVC) şirkətindən markalı aldığı avtomobillərdir.

İdxalda ikinci olan ABŞ Azərbaycana 308,88 min dollarlıq 14 ədəd, üçüncü ən böyük elektromobil idxalçısı olan Almaniya isə 454,51 min dollar dəyərində 6 ədəd elektrikli nəqliyyat vasitəsi göndərib. Bu ölkələrini ardınca gələn Çin Azərbaycana 79,24 min dollarlıq 10 ədəd sözügedən nəqliyyat vasitəsi tədarük edib. Yaponiya öz növbəsində, ölkəyə 26,5 min dollarlıq 4 ədəd elektromobil ixrac edib.

Bundan əlavə, bu növ nəqliyyat vasitələrinin Azərbaycana idxalında ən aşağı paya sahib olan Türkiyə və Koreyadan müvafiq olaraq 8,48 min dollar və 33,66 min dollar dəyərində bir ədəd (hər bir ölkədən) elektrikli nəqliyyat vasitəsi gətirilib.

Mirsəid İbrahimzadə

Digər xəbərlər