Bakıda "Rolls-Royce Cullinan Black Badge" avtomobili təqdim olunub - FOTO

Bakıda "Rolls-Royce Cullinan Black Badge" avtomobili təqdim olunub - FOTO
# 31 yanvar 2020 10:03 (UTC +04:00)

“Improtex Motors” şirkəti rəsmi olaraq “Black Badge”in ən cəsarətli versiyası olan yeni “Rolls-Royce Cullinan Black Badge”i təqdim edib.

APA-Economics”in məlumatına görə, “Improtex Motors" şirkətinin baş direktoru Bayram Yaqubov təqdimat zamanı çıxış edərək bildirib: “Ddünyanın ən dəbdəbəli SUV-ı “Cullinan” Azərbaycanda son dərəcə yaxşı qəbul edilib və artıq yeni sərhədləri fəth etmək vaxtıdır: Bu gün “Cullinan Black Badge” səhnəyə çıxır. “Rolls-Royce Black Badge” – lüks həyat tərzi yaşayanlar müştərilərinin ambisiyalarını və istəklərini əks etdirir. “Cullinan Black Badge” lüks dünyasını əsrarəngiz tamamilə fərqli bir aləmə aparır. Əlbəttə, “Cullinan Black Badge” sahiblərinə hər “Rolls-Royce”un məşhur olduğu “Uçan Xalça” üzərində gəzintisini təklif edir”.

“Rolls-Royce Cullinan”ın sonsuz imkanları simvolik olaraq modelin müxtəlif elementlərində görünən sonsuzluq işarəsində əks olunur. İlk dəfə bu işarə “Rolls-Royce” mühərriki ilə təchiz edilmiş Sir Malkolm Kempbellin məşhur “Blue Bird K3” hidroplan qayığının üzərində tətbiq edilib.

Müştərilər üçün eksteryerin rənginin 44 mindən artıq hazır olan palitrası mövcuddur, əgər bu kifayət deyilsə – “Rolls-Royce” komandası sifarişçi üçün eksklüziv olaraq yeni rəng hazırlayacaq. Lakin “Black Badge” alıcılarının əksəriyyəti bu seriya üçün xüsusi olaraq yaradılmış qara rəngli avtomobil sifariş etməyə üstünlük verirlər. Boya və lakın çoxsaylı qatlarının hər biri əl ilə cilalanmanın 10 mərhələsindən keçir: bu avtomobil sənayesində birrəngli gövdənin boyanmasının ən mürəkkəb prosesidir.

Yeni model digər “qaranlıq” elementləri ilə də seçilir. Xromlanmış “Ekstaz ruhu” heykəlciyi qara parıltı ilə örtülüb və “RR” nişanı qara fonda gümüşü olub. Radiator barmaqlığı, yük yerinin qapısının dəstəyi, alt hava götürücü və işlənmiş qaz boruları qara xrom ilə örtülmüşdür.

Xüsusi “Cullinan Black Badge” üçün təqdim olunan 22 düymlük yüngül lehimli disklər modeli daha da cəsarətli göstərir. Lüks yolsuzluq avtomobilində ilk dəfə olaraq rəngli əyləc altlıqları tətbiq edilib. Qırmızı boya onlar üçün xüsusi olaraq hazırlanmışdır: bir tərəfdən, həddindən artıq yüksək temperaturlara tab gətirməlidir, digər tərəfdən parlaq struktura malik olmalıdır və “Black Badge”in ümumi görünüşünə ahəngdar şəkildə uyğunlaşmalıdır.

“Rolls-Royce Cullinan Black Badge” modelinin interyerindəki yenilik dekorativ panellərin arxitekturadakı müasir trendlərdən ilham alınaraq yaradılmış geometrik naxışı və üçölçülü effekti olan karbonla tərtib edilməsidir. Hər bir elementi 6 lak qatı ilə örtüb 72 saat ərzində qurumasını gözləyirlər, sonra isə əllə güzgü parlaqlığına qədər cilalayırlar. Krossoverin tavanı qara dəri ilə örtülür və ulduz yağışı effektini təmin edən 1 344 fiberoptik işıq diodlarından ibarət “gecə səması” ilə bəzədilir. İlk dəfə olaraq, “Cullinan” modelinin salonunu “Forge Yellow” rəngli dəri ilə tərtib edilibdir. Və sonda – avtomobilin arxa oturacağında naxışlanmış sonsuzluq işarəsidir. Rəmz eyni zamanda “Rolls-Royce” müştərilərinə avtomobilinin sonsuz imkanlarını xatırladaraq ön paneli, kandarı və saat üzərini bəzəyir.

“Black Badge” ailəsinin bütün modelləri kimi, “Rolls-Royce Cullinan”ın “qaranlıq” versiyası da dəyişilmiş dinamik göstəricilərlə fərqlənir. “Cullinan Black Badge” modelinin kapotunun altında 6,75-litrlik iki turbokompressorlu V12 mühərriki yerləşir. Mühərrikin gücü 571 at gücündən 600 at gücünə, fırlanma anı isə 850 Nm-dən 900 Nm-ə qədər artırılıb.

Təqdimat vaxtı Avropa (Şərq) və Mərkəzi Asiya Korporativ Kommunikasiyaları üzrə direktoru Frank Tiemann 2019-cu ildə Azərbaycanda satış rəqəmlərinin yeni bir yüksəkliyə çatdığını təsdiqlədi və “Rolls-Royce Motor Cars Baku”nun satış rekordunu qeyd edib.

“Əmin olun ki, biz həcmi təqib etməyəcəyik və böyük avtomobil okeanında qiymətli kiçik bir damla qalacağıq: bu, əsl dəbdəbənin və müştərilərimizin tam haqqı ilə gözləməsinin bizim anlayışımızdır”, - deyə Frank Tiemann bildirib.

Qeyd edək ki, bir il əvvəl “Rolls-Royce Motor Cars Baku” şirkəti 2018-ci ildə satış göstəricilərinə görə dünyanın 130 “Rolls-Royce” dilerlərini qabaqlayaraq nüfuzlu “Global dealer of the Year” mükafatı ilə təltif edilib.

Xatırladaq ki, “Improtex” Şirkətlər Qrupunun tərkib hissələrindən biri “Improtex Motors” MMM-dir. Əsas fəaliyyəti premium sinfli avtomobilləri ilə bağlı olan “Improtex Motors” MMM 1998-ci ildə yaradılaraq, peşəkar və keyfiyyətli işi sayəsində ölkənin avtomobil bazarında ən etibarlı və hörmətli tərəfdaş adını qazanmışdır. “Improtex Motors” şirkəti BMW, “Rolls-Royce Motor Cars”, “Mini”, və “Yamaha” motosikllərinin rəsmi idxalçısıdır və qeyd edilən brendlərin yeni model sırasını Azərbaycan avtomobil bazarında layiqincə təqdim edir. Hazırda şirkətin yeni avadanlıqlarla təchiz olunan və bütün müasir standartlara tam cavab verən 3 sərgi-satış salonu və 2 servis mərkəzi mövcuddur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR