"Berqa" ilə yeni tam fərqli bir dad dünyasına səyahətə hazırsınız?

"Berqa" ilə yeni tam fərqli bir dad dünyasına səyahətə hazırsınız?
  • Clock-gray 14:36
  • calendar-gray 18 Yanvar 2021

Rəngarəngliyi sevən, yeni dad axtarışında olan əziz çaysevərlər, bu məhz Sizlərə özəl hazırlanıb. “Berqa” keyfiyyəti bu dəfə də çox danışılacaq. Ətri, dadı, ləzzəti ilə hər zaman zövqləri oxşayan “Berqa” markası yeni çay seriyasını təqdim etdi.

Yeni, əsl meyvə dilimlərindən ibarət olan “Dream”, “Enjoy” və “Feel” çay çeşidləri əhvalınızı dəyişdirəcək.

Brend, həmçinin peşəkarlardan ibarət olan 30 nəfərlik komanda heyəti ilə Kiyev şəhərində çəkilərək ərsəyə gətirilən reklam çarxını da təqdim etdi. Brendin siması məşhur model Çara Xoriv (Chara Khoriv) seçildi. Çarx hər kəsi ovsunlayaraq fikrən, “Berqa”nın təqdim etdiyi yeni dad dünyasına səyahətə aparır.
Meyvə dilimli çayların yaratdığı təbii harmoniya Sizi xəyallarınıza yaxınlaşdırıb, sehrli qarışımdan həzz alaraq təbiətin bəxş etdiyi rahatlığı hiss etdirəcək.

Ləzzətinə “yox” deyəməyəcəyiniz “Dream”, “Enjoy” və “Feel” çeşidləri paket və dəmləmə çay növü ilə bənzərsiz dad axtarışında olan çaysevərlər üçün əsl tapıntıdır. “Berqa”nın “Dream”, “Enjoy” və “Feel” çayları ilə xəyal edin, həzz alın, hiss edin! Odur ki, əhvalınızı dəyişdirmək üçün...
Bəlkə, bir “Berqa”?  

APA-Economics

Digər xəbərlər