"Hyundai" elektromobillərin istehsalını dayandırır

"Hyundai" elektromobillərin istehsalını dayandırır
# 30 mart 2021 12:08 (UTC +04:00)

Cənubi Koreyanın “Hyundai Motor” şirkəti Ulsan şəhərindəki “Ioniq 5” elektromobillərinin yığıldığı zavodun işini mikrosxem çatışmazlığı səbəbindən birhəftəlik dayandıracaq.

APA-Economics” “Yonhap” agentliyinə istinadən xəbər verir ki, yarımkeçiricilərin və digər komponentlərin tədarükünün dayandırılması səbəbindən şirkət 7-14 aprel tarixlərində istehsalı dayandırmağı planlaşdırır.

Fəaliyyətlərin müvəqqəti dayandırılması 6,5 min “Ioniq 5” elektromobilin və 6 min “Kona” avtomobilinin istehsal həcmlərində azalmasına səbəb olacaq.

Digər qlobal avtomobil konsernləri də yarımkeçirici bazarında çatışmazlıq səbəbindən oxşar problemlərlə üzləşiblər. Belə ki, ABŞ-ın “General Motors” və Yaponiyanın “Toyota Motor” şirkətləri yarımkeçirici çiplərin tədarükündə dayanmalar nəticəsində bəzi zavodlarının işlərini dayandırıb və ya istehsalı azaltmaq məcburiyyətində qalıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR