"İrşad" "Gözəlliyə rahat hədiyyə" kampaniyasına start verib

"İrşad" "Gözəlliyə rahat hədiyyə" kampaniyasına start verib
  • Clock-gray 11:20
  • calendar-gray 05 Mart 2021

Mobil telefon, elektronika və məişət texnikası satışı üzrə ən böyük mağaza şəbəkələrindən biri “İrşad” 8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə “Gözəlliyə rahat hədiyyə" adlı kampaniyaya başladı.

Xanımların xoş xəbərlər eşitməsi diləyi ilə “İrşad” smartfonları və notbukları 12 aylıq, onların işləri hər zaman rahat olsun deyə məişət texnikasını və televizorları 18 aylıq ilkin ödənişsiz və faizsiz etdi. Martın 5-dən 9-dək keçirilən kampaniyada xanımlara hədiyyə almaq istəyən bəylər, nağd, taksit kartları və ya 3 aylıq hissəli alış zamanı seçilmiş məhsullara isə 30%-dək endirim fürsəti də əldə edirsiniz. 

Əgər hədiyyə alacağın xanımın nə bəyənəcəyinə qərar verməmisənsə “ŞadKart” hədiyyə kartı işini rahatlaşdıracaq. 50, 100, 200 və 500 manat dəyərində “ŞadKart” ilə kart sahibi istədiyi hədiyyəyə sahib olacaq. Gözəlliyə rahat hədiyyə İrşaddan olsun.

Artıq 20 ildir Azərbaycanda fəaliyyət göstərən “İrşad” müştərilərə məhsul çeşidi təklifini və xidmət səviyyəsini artırmaq məqsədilə portfelində olan brendlərin, məhsul modellərinin sayını genişləndirib. Sözügedən müddət ərzində “Rowenta”, “Lenovo”, “Tefal”, “Fakir”, “Panasonic”, “Bosch” kimi dünyaca məşhur brendlər şirkətlə əməkdaşlığa başlayıb. Şirkət həmçinin “Samsung” və “Xiaomi” brendlərinin Azərbaycanda rəsmi, “Honor” brendinin isə eksklüziv distributorudur.

APA-Economics

Digər xəbərlər