Laçında aqrar, sənaye və turizm sahələri inkişaf etdiriləcək

Laçında aqrar, sənaye və turizm sahələri inkişaf etdiriləcək
# 01 dekabr 2020 11:05 (UTC +04:00)

İşğaldan azad edilən Laçın rayonunda aqrar, sənaye və turizm sahələri inkişaf etdiriləcək.

İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, bu bölgədə tikinti-inşaat sektoru üçün əhəmiyyətli hesab edilən xammal bazası mövcuddur.

Rayonda əsas civə yataqları olan Narzanlı, Çilgəzçay, Sarıbulaq (ümumi ehtiyatları 1 124 ton), əhəng istehsalına yararlı Laçın əhəngdaşı (ehtiyatları 4 457 min ton), və üzlük daşı istehsalına yararlı Qoçaz mərmərləşmiş əhəngdaşı (ehtiyatları 2 533 min kubmetr), mişar daşı istehsalına yararlı 2 tuf Ağoğlan, Əhmədli (ümumi ehtiyatları 5 125 min kubmetr), kərpic-kirəmid istehsalına yararlı Novruzlu gil (ehtiyatları 998 min kubmetr) yataqları və istismar ehtiyatları 430 min kubmetr/sutka olan Minkənd mineral su yataqları var.

İşğaldan əvvəl Laçında mərmər, əhəng sexləri, iki ədəd daş karxanası fəaliyyət göstərib. Bu bir daha rayonun yenidən biznes ənənələrini bərpa etmək üçün fundamental əsaslardandır. Qarabağın inkişafında əsas inkişaf faktoru tikinti sektoruna yararlı xammal bazasıdır. Laçın rayonu da bu istiqamətdə yaranacaq inkişaf trayektoriyasında mühüm paya sahib olacaq.

Laçın rayonunun bir sıra investisiya tutumlu sahələri var ki, bura kənd təsərrüfatı, heyvandarlıq, toxuculuq, tikinti və turizm sektoru daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR