Naxçıvanda hüquqi və fiziki şəxslərin kreditləşməsi ötən il 25%-dən çox artıb

Naxçıvanda hüquqi və fiziki şəxslərin kreditləşməsi ötən il 25%-dən çox artıb
  • Clock-gray 11:06
  • calendar-gray 26 Yanvar 2021

2020-ci ildə Naxçıvan Muxtar Respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 179,47 mln. manatdan çox kredit verilib ki, bu da bir il öncəki göstəricidən 25,3% çoxdur.

Naxçıvan Dövlət Statistika Komitəsindən "APA-Econonics"ə verilən kreditlərin 18,89 mln. manatdan çoxu və yaxud 10,5%-i qısamüddətli, 160,58 mln. manatı və yaxud 89,5%-i uzunmüddətli kreditlər olub.

1 yanvar 2021-ci il tarixə muxtar respublikanın banklarında açılan bank hesablarının sayı 92 338-ə çatıb ki, bunun da 80436-sı və ya 87,1%-i aktiv hesablardır. 2020-ci ildə açılan 36 544 bank hesabının 36 519-u aktiv hesablar olub.

1 yanvar 2021-ci il tarixə muxtar respublikada quraşdırılan POS-terminalların sayı 1 410-a çatdırılıb. 2020-ci ildə internet və POS-terminallar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 89,398 mln. manat təşkil edib.

Hüseyn Vəliyev

Digər xəbərlər