Nazir müavini: İnnovasiya üzrə Almaniyanın qabaqcıl təcrübəsinin öyrənilməsi Azərbaycan üçün maraq kəsb edir

Nazir müavini: İnnovasiya üzrə Almaniyanın qabaqcıl təcrübəsinin öyrənilməsi Azərbaycan üçün maraq kəsb edir
# 29 noyabr 2019 17:17 (UTC +04:00)

İqtisadiyyatın müxtəlif sektorunda rəqəmsallaşma, yüksək texnologiyalar, kreativ sənayelər və innovasiya üzrə Almaniyanın qabaqcıl təcrübəsinin öyrənilməsi, eləcə də Almaniyadan elm, innovasiya, əqli mülkiyyət və texnologiya tutumlu məhsulların idxal edilməsi Azərbaycan üçün maraq kəsb edir.

"APA-Economics"in məlumatına görə bunu, Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) təşkilatçılığı ilə “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı”nın 10 illiyinə həsr olunmuş tədbirdə çıxış edən Azərbaycanın İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

Onun sözlərinə görə, Azərbaycan Almaniyanın Cənubi Qafqazda ən mühüm iqtisadi və ticarət tərəfdaşıdır.

“Bu əməkdaşlığın dinamik inkişafı özünü iki ölkə arasında ticarət dövriyyəsinin artmasında və investisiya əməkdaşlığının genişləndirilməsində aydın şəkildə büruzə verir. İki ölkə arasında ən yüksək səviyyədə baş tutan qarşılıqlı səfərlər, eləcə də Azərbaycanın biznes imkanlarının, "Made in Azerbaijan" brendinin təşviq olunması məqsədilə Almaniyada keçirilən biznes forumlar və ixrac missiyaları ikitərəfli iqtisadi-ticarət əlaqələrinin daha da genişləndirilməsinə xüsusi töhfə verəcək", - deyə nazir müavini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR