Orta sahibkarlıq subyektlərinə dair yeni tələb müəyyənləşir

Orta sahibkarlıq subyektlərinə dair yeni tələb müəyyənləşir
  • Clock-gray 12:35
  • calendar-gray 15 Dekabr 2020

Orta sahibkarlıq subyektlərinin baş mühasibləri peşəkar mühasiblər olmalıdırlar.

APA-nın məlumatına görə, bu tələb Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən və birinci oxunuşda müzakirəyə çıxarılan “Mühasibat uçotu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna görə, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasibləri peşəkar mühasiblər olmalıdırlar. Dəyişikliyə əsasən, bu sıraya orta sahibkarlıq subyektləri də əlavə edilir.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib. 

Firuzə Vahid

Digər xəbərlər