Pandemiyanın sahibkarlıq subyektlərinə təsiri müzakirə olunacaq

Pandemiyanın sahibkarlıq subyektlərinə təsiri müzakirə olunacaq
# 05 fevral 2021 14:40 (UTC +04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən fevralın 12-də “Postpandemiya dövründə vergi sistemi” mövzusunda sahibkarların iştirakı ilə videoformatda konfrans keçiriləcək.

Dövlət Vergi Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, konfransda pandemiyanın sahibkarlıq subyektlərinə təsiri və postpandemiya dövründə vergi sistemi üçün çağırışların müzakirə edilməsi nəzərdə tutulur.

Konfrans zamanı sahibkarlıq subyektləri müzakirə üçün vergi sahəsində qarşılaşdıqları məsələlər barədə, həmçinin vergi qanunvericiliyinə dair suallarını və qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflərini Dövlət Vergi Xidmətinə ünvanlaya bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR