"Rabitəbank" qanvermə aksiyası keçirib - FOTO

"Rabitəbank" qanvermə aksiyası keçirib - FOTO
# 09 dekabr 2020 15:01 (UTC +04:00)

Sosial məsuliyyət layihələri ilə hər zaman seçilən “Rabitəbank” bu dəfə də Böyük Qələbəmizin həyatımıza sonsuz fərəh və iftixar duyğuları bəxş etdiyi və koronavirus infeksiyasının Azərbaycanda çətinliklər yaratdığı bir vaxtda könüllü qan donorluğuna dəstək tədbiri kimi, ölkədə qan ehtiyatının daha da artırılmasına yönələn könüllü qanvermə aksiyası təşkil edib.

Qanvermə aksiyası Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının (Mərkəzi Qan Bankı) birgə dəstəyi ilə “Rabitəbank”ın 28 May küç., 33 ünvanında yerləşən baş ofisində təşkil olunub. Bankın baş ofis əməkdaşları bu nəcib və humanist aksiyada fəal iştirak ediblər. Könüllü donorlar üçün baş ofisdə müvafiq şərait yaradılıb və karantin rejimi qaydalarının gözlənilməsinə diqqət edilib. Aksiya Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının tam nəzarəti altında keçirilib.

Rabitəbank”ın rəhbərliyi və əməkdaşları bir neçə ildir belə təşəbbüskar aksiyalarda könüllü iştirak edərək, qana ehtiyacı olanlara dəstək göstərir. Sözügedən aksiyada toplanan qanlar qan ehtiyacı yaranan xəstələrin müalicəsinə kömək məqsədilə istifadə ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR